“Çin Pakistan və Əfqanıstanın müvəqqəti atəşkəs yaratmaq, konstruktiv dialoq yolu ilə həll yolu axtarmaq qərarını alqışlayır. Buhər iki tərəfin ümumi maraqlarına uyğun olub, regionda sülh və sabitliyin qorunmasına töhfə verir”.
Hafta.az-ın yazdığına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib və əlavə edib ki, Pekin bu səyləri alqışlayır və dəstəkləyir.
Pakistan və Əfqanıstanın qonşu ölkələr və Çinin dostları olduğunu qeyd edən Lin Jian, Çinin iki ölkənin soyuqqanlılığı və təmkinli davranması, hərtərəfli və davamlı atəşkəsin əldə edilməsi, fikir ayrılıqlarının dialoq və məsləhətləşmələr yolu ilə həlli, siyasi nizamlanma yoluna qayıtması, hər iki ölkədə sülh və sabitliyin birgə qorunması kimi öhdəliklərini dəstəklədiyini vurğulayıb.
Sözçü əmin edib ki, Çin iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasında konstruktiv rol oynamağa davam etməyə sadiqdir.